26 iyul 2026. Bazar günü

"İnter" "Tottenhem"in kapitanını transfer etmək istəyir


  • Transfer
  • 21:51 26.07.2026
  • Oxunma sayı: 47
"İnter" "Tottenhem"in kapitanını transfer etmək istəyir

İtaliyanın "İnter" klubu "Tottenhem"in müdafiəçisi Kristian Romeronun transferi üçün danışıqları davam etdirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Auzilio "Goal.com"a açıqlamasında məlumat verib.

"Bu, həm futbolçu, həm də klubu ilə yekunlaşdırmağa çalışdığımız transferdir. Ona marağımız var", - deyə Auzilio bildirib.

Mənbənin məlumatına görə, Milan təmsilçisi 28 yaşlı argentinalı müdafiəçi üçün ilk rəsmi təklifini hazırlayır. "İnter" futbolçunu satınalma öhdəliyi ilə icarəyə götürməyi planlaşdırır. Müqavilənin ümumi dəyərinin təxminən 40 milyon avro olacağı gözlənilir.

Bununla belə, "Tottenhem" daha əvvəl komandasının kapitanı üçün 50 milyon avro tələb etmişdi.

Qeyd edək ki, Kristian Romero 2021-ci ildən "Tottenhem"in formasını geyinir. O, London klubunun heyətində 156 oyunda meydana çıxaraq komandanın əsas liderlərindən birinə çevrilib.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər