26 iyul 2026. Bazar günü

"Arsenal" Vinisius üçün tarixinin ən böyük müqaviləsini hazırlayır


  • Transfer
  • 21:59 26.07.2026
  • Oxunma sayı: 48
"Arsenal" Vinisius üçün tarixinin ən böyük müqaviləsini hazırlayır

İngiltərənin "Arsenal" klubu Madrid "Real"ının ulduzu Vinisius Juniora tarixinin ən yüksək maaşlı müqaviləsini təklif etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Telegraph" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London təmsilçisi hazırda "Real Madrid"də həftəlik 465 min avro qazanan braziliyalı futbolçunun maliyyə şərtlərini daha da yaxşılaşdırmağa hazırdır. Klub rəhbərliyi hesab edir ki, mümkün transfer zamanı maliyyə məsələsi maneə yaratmayacaq.

Bildirilir ki, baş məşqçi Mikel Artetanın komandası Vinisiusu heyətə qatmaqla həm çempionluq qazandıqdan sonra heyəti daha da gücləndirməyi, həm də UEFA Çempionlar Liqasında uğur əldə etməyi hədəfləyir. "Arsenal" ötən mövsüm turnirin finalında PSJ-yə məğlub olub.

Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu amil "Arsenal"a transferin reallaşacağına ümid versə də, hazırda klublar arasında rəsmi danışıqlar aparılmır.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər