27 iyul 2026. Bazar ertəsi

Con Stounsun yeni ünvanı A Seriyası ola bilər


  • Transfer
  • 21:30 27.07.2026
  • Oxunma sayı: 18
Con Stounsun yeni ünvanı A Seriyası ola bilər

İngiltərə millisinin müdafiəçisi Con Stouns karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 2025/2026 mövsümünün sonunda "Mançester Siti"dən ayrılan və hazırda azad agent statusunda olan 32 yaşlı futbolçuya "İnter" iki illik müqavilə təklif etməyə hazırlaşır.

Bununla yanaşı, "Yuventus" da Stounsun transferi ilə yaxından maraqlanır. Turin təmsilçisinin ötən həftəsonu futbolçunun nümayəndələri ilə əlaqə saxladığı qeyd olunur.

Məlumata əsasən, təcrübəli müdafiəçinin İngiltərə Premyer Liqasından da bir neçə təklifi var. Futbolçunun gələcək karyerası ilə bağlı yekun qərarı isə özü verəcək.

Qeyd edək ki, Con Stouns peşəkar karyerası ərzində yalnız İngiltərə klublarında çıxış edib. O, müxtəlif illərdə "Barnsli", "Everton" və "Mançester Siti"nin formasını geyinib.







Transfer