27 iyul 2026. Bazar ertəsi

"Barselona" Alvaresdən əl çəkmir - Təklif 130 milyon avroya yüksəldilə bilər


  • Transfer
  • 21:35 27.07.2026
  • Oxunma sayı: 17
"Barselona" Alvaresdən əl çəkmir  - Təklif 130 milyon avroya yüksəldilə bilər

"Barselona" yay transfer pəncərəsində "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi heyətinə qatmaq niyyətindən geri çəkilmir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi argentinalı futbolçunun transferi üçün təklifini 130 milyon avroyadək artırmağa hazırdır.

Bununla belə, "Atletiko Madrid"dəki mənbələr klubun Alvareslə bağlı "Barselona" ilə danışıqlara başlamaq niyyətində olmadığını bildiriblər.

Xatırladaq ki, daha əvvəl "Barselona"nın 26 yaşlı hücumçu üçün 100 milyon avro təklif etdiyi barədə məlumat yayılmışdı. Bildirilir ki, Xulian Alvares Kataloniya klubuna keçmək istəyir. Lakin Madrid təmsilçisi futbolçunu "Kamp Nou"ya buraxmaq niyyətində deyil və bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.







Transfer