27 iyul 2026. Bazar ertəsi

"Mançester Siti" və "Barselona" eyni futbolçunun arxasınca düşdü


  • Transfer
  • 21:42 27.07.2026
  • Oxunma sayı: 15
"Mançester Siti" və "Barselona" eyni futbolçunun arxasınca düşdü

İngiltərənin "Bornmut" klubunun hücumçusu Eli Junior Krupi Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabritsio Romano  “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin bildirdiyinə görə, "Barselona" son həftələrdə 20 yaşlı fransalı forvardı Xulian Alvaresin transferinin baş tutmayacağı təqdirdə alternativ variant kimi nəzərdən keçirir.

Bundan əlavə, "Mançester Siti"nin də bu ay Krupi ilə bağlı məlumat topladığı qeyd olunur.

Bununla yanaşı, "Bornmut" gənc hücumçunu komandada saxlamaq niyyətindədir. Klub növbəti mövsüm İngiltərəni UEFA Avropa Liqasında təmsil edəcəyindən futbolçunu buraxmaq istəmir.

Qeyd edək ki, "Transfermarkt" portalı Eli Junior Krupinin transfer dəyərini 70 milyon avro qiymətləndirir.







Transfer