27 iyul 2026. Bazar ertəsi

"Əl-Hilal" Benzema ilə yollarını ayırmağa hazırlaşır


  • Transfer
  • 22:19 27.07.2026
  • Oxunma sayı: 47
"Əl-Hilal" Benzema ilə yollarını ayırmağa hazırlaşır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu yay transfer dövründə heyətdə yenidənqurma işlərini davam etdirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Arriyadiyah" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, legioner limitində yer açmağı planlaşdıran klub rəhbərliyi fransalı hücumçu Kərim Benzema ilə yollarını ayırmaq qərarına gəlib.

Qeyd olunur ki, "Əl-Hilal" rəhbərliyi 38 yaşlı futbolçunu Səudiyyə Ərəbistanı çempionatına yeni yüksələn klublara təklif etsə də, Benzema bu variantları qəbul etməyib.

Bununla yanaşı, təcrübəli forvardın müqaviləyə xitam verilməsi üçün klubdan qalan bir illik maaşının tam ödənilməsini tələb etdiyi iddia olunur.

Xatırladaq ki, Kərim Benzema 2025/2026 mövsümünün qış fasiləsində "Əl-Hilal"a transfer olunub. Fransalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 13 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bildirilib ki, tərəflər arasında müqaviləyə xitam verilməsi və futbolçunun gələcək karyerası ilə bağlı danışıqlara yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.







Transfer