- Transfer
- 23:35 27.07.2026
Niderlandın "Ayaks" klubu İngiltərənin "Vulverhempton" komandasının hücumçusu Tolu Arokodareni heyətinə qatıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 24 yaşlı forvard Amsterdam təmsilçisinə satınalma hüququ ilə birlikdə icarə əsasında keçib. Müqaviləyə əsasən, "Ayaks" istədiyi halda futbolçunun transfer hüquqlarını 22 milyon avroya əldə edə biləcək.
Bununla belə, qeyd olunur ki, bu bənd məcburi xarakter daşımır. Fabritsio Romanonun sözlərinə görə, "Ayaks" tarixən futbolçular üçün bu həcmdə məbləğ ödəməyə üstünlük verməyən klublardan biridir.
Qeyd edək ki, Amsterdam təmsilçisi ötən mövsüm Niderland Erediviziyasında uğursuz çıxış edərək çempionatı beşinci pillədə başa vurmuşdu. Klub yeni mövsümdə əvvəlki uğurlarını bərpa etmək üçün heyətini gücləndirməyə davam edir.