28 iyul 2026. Çərşənbə axşamı

"Çelsi" Cordan Hendersonu transfer etmək istəyir


  • Transfer
  • 23:06 27.07.2026
  • Oxunma sayı: 34
"Çelsi" Cordan Hendersonu transfer etmək istəyir

"Çelsi" "Brentford"un təcrübəli yarımmüdafiəçisi Cordan Hendersonun transferi ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London təmsilçisi hazırda futbolçunun transferi uğrunda əsas namizəddir. Qeyd olunur ki, Henderson 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsinə baxmayaraq, kompensasiya ödənilmədən "Brentford"dan ayrıla bilər.

Bildirilir ki, təcrübəli yarımmüdafiəçi də mümkün transferə müsbət yanaşır.

Qeyd edək ki, Cordan Henderson "Sanderlend"in yetirməsidir. O, peşəkar karyerası ərzində "Liverpul", "Koventri Siti", "Əl-İttifaq" və "Ayaks"ın da formasını geyinib. Henderson 2011-2023-cü illərdə "Liverpul"un heyətində çoxsaylı titullar qazanıb.







Transfer