28 iyul 2026. Çərşənbə axşamı

Con Stouns karyerasını A Seriyasında davam etdirəcək


  • Transfer
  • 23:35 27.07.2026
  • Oxunma sayı: 34
Con Stouns karyerasını A Seriyasında davam etdirəcək

İtaliyanın "İnter" klubu İngiltərə millisinin müdafiəçisi Con Stounsun transferini başa çatdırmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər transferin əsas şərtləri üzrə prinsipial razılıq əldə ediblər. Hazırda yalnız müqavilənin rəsmi rəsmiləşdirilməsi prosesi qalıb.

Gözlənilir ki, 32 yaşlı ingiltərəli müdafiəçi Milan təmsilçisi ilə 2028-ci ilin iyun ayınadək qüvvədə olacaq müqaviləyə imza atsın. Futbolçu "İnter"ə azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Con Stouns daha əvvəl "Mançester Siti"nin heyətində çıxış edib. O, İngiltərə klubu ilə UEFA Çempionlar Liqası və Premyer Liqa da daxil olmaqla çoxsaylı titullar qazanıb.

"Transfermarkt" portalının məlumatına əsasən, təcrübəli müdafiəçinin hazırkı transfer dəyəri 12 milyon avro qiymətləndirilir.







Transfer