9 avqust 2026. Bazar günü

“Sabah”ın əsas oyunçularından biri İsveçrə klubuna keçdi


  • Transfer
  • 17:16 28.07.2026
  • Oxunma sayı: 64
“Sabah”ın əsas oyunçularından biri İsveçrə klubuna keçdi

Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah”ın futbolçusu Aaron Maluda karyerasını İsveçrədə davam etdirəcək.

90deqiqe.Az-ın “L`Equipe” nəşrinə istinadən məlumatına görə, Bakı klubu hücumameyilli yarımmüdafiəçini İsveçrənin “Bazel” komandasına transfer edib.

Bildirilib ki, tərəflər arasında baş tutan razılaşmaya əsasən, “Bazel” bu keçid üçün “Sabah”a 3 milyon avro məbləğində təzminat ödəyəcək.

Qeyd edək ki, Aaron Maluda 2025-ci ilin yayında Fransanın “Lill” klubundan “Sabah”a icarə əsasında keçmişdi. Daha sonra Bakı təmsilçisi futbolçunun transfer hüquqlarını birdəfəlik əldə etmişdi.

Fransalı futbolçu “Sabah”ın heyətində çıxış etdiyi müddətdə komandanın əsas simalarından birinə çevrilib.







Transfer

Ferran Torres PSJ-yə keçir
  • Transfer
  • 16:48 08.08.2026
Ferran Torres PSJ-yə keçir