- Transfer
- 23:04 28.07.2026
“Real” klubunun hücumçusu Vinisius Junior bu yay komandanı tərk etməyəcək.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, “kral klubu” rəhbərliyi braziliyalı futbolçunun satılmasını nəzərdən keçirmir və onunla yeni müqavilə üzrə danışıqların uğurla yekunlaşacağına inanır.
Bildirilib ki, klub nümayəndələri ilə 24 yaşlı futbolçunun agentləri arasında növbəti görüşün bu həftə keçirilməsi planlaşdırılır.
Daha əvvəl Vinisiusa İngiltərənin “Arsenal” klubunun maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Lakin “Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo futbolçunun komandada qalmasını istəyir və onu əsas oyunçulardan biri hesab edir.
Qeyd edək ki, Vinisius Juniorun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.