28 iyul 2026. Çərşənbə axşamı

PSJ Rodri üçün hərəkətə keçdi


  • Transfer
  • 22:27 28.07.2026
  • Oxunma sayı: 37
PSJ Rodri üçün hərəkətə keçdi

2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu seçilən İspaniya millisinin kapitanı Rodri Ernandes karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Paris klubunun transfer hədəfinə çevrilib.

Məlumata əsasən, 30 yaşlı ispaniyalının transferi PSJ prezidenti Nasser Əl-Xələfinin şəxsi təşəbbüsüdür. Klub rəhbərinin məqsədi Rodriyə Madrid “Real”ının sahib çıxmasına imkan verməməkdir. Bildirilir ki, Əl-Xələfi bu məsələdə məşqçilər korpusunun futbolçunun komandaya ehtiyacı olub-olmaması ilə bağlı fikrini nəzərə almır.

İddialara görə, PSJ prezidenti bu addımla “Real Madrid”dən qisas almaq istəyir. Buna səbəb isə Yan Diomandenin transferinin baş tutmamasıdır. Mətbuatda yayılan xəbərlərə görə, fil dişi sahilindən olan vinger PSJ-yə keçməyə yaxın olub, lakin sonradan Madrid klubunun variantını seçib.

Qeyd edək ki, nüfuzlu “Transfermarkt” portalı Rodri Ernandesin bazar dəyərini 55 milyon avro qiymətləndirir.







Transfer