28 iyul 2026. Çərşənbə axşamı

Lua Openda icarə əsasında "Lion"a keçdi


  • Transfer
  • 22:47 28.07.2026
  • Oxunma sayı: 35
Lua Openda icarə əsasında "Lion"a keçdi

Fransanın "Lion" klubu heyətini belçikalı hücumçu Lua Openda ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu İtaliyanın "Yuventus" klubundan icarə əsasında transfer olunub. Müqavilə 2026/27 mövsümünün sonunadək qüvvədə olacaq.

"Lion" transferin maliyyə detallarını da açıqlayıb. Məlumata görə, Fransa təmsilçisi Opendanın bir mövsümlük icarəsi üçün "Yuventus"a 3,5 milyon avro ödəyəcək.

Lua Openda karyerası ərzində "Brügge", "Vitess", "Lans", "RB Leypsiq" və "Yuventus" klublarının formasını geyinib. Hücumçu Belçika millisinin heyətində isə 33 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Lion" hazırda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Sparta" (Praqa) klubuna qarşı keçirəcəyi oyunlara hazırlaşır. Fransa təmsilçisi ilk görüşünü səfərdə, cavab matçını isə doğma meydanda keçirəcək.







Transfer