28 iyul 2026. Çərşənbə axşamı

Bredli Barkola PSJ-nin yeni müqavilə təklifini rədd etdi


  • Transfer
  • 22:55 28.07.2026
  • Oxunma sayı: 31
Bredli Barkola PSJ-nin yeni müqavilə təklifini rədd etdi

Fransanın PSJ klubu vingeri Bredli Barkola ilə müqaviləni uzatmaq istəsə də, futbolçu təklifi qəbul etməyib.

90deqiqe.Az-ın “L'Equipe”yə istinadən məlumatına görə, 23 yaşlı futbolçu İngiltərənin "Liverpul" klubu ilə şəxsi razılıq əldə edib. Bildirilir ki, fransalı oyunçu "qırmızılar"ın baş məşqçisi Andoni İraola ilə görüş keçirib və Premyer Liqa təmsilçisinə keçməyə razılıq verib.

Mənbənin iddiasına əsasən, "Liverpul" artıq PSJ ilə transfer danışıqlarına başlasa da, tərəflər hələlik razılıq əldə edə bilməyiblər.

2023-cü ildə "Lion"dan 45 milyon avro qarşılığında transfer olunan Barkola ilk mövsümündə PSJ-nin əsas oyunçularından biri olsa da, sonradan yerini Dezire Dueyə verib.

Fransa nəhənginin heyətində 152 oyuna çıxan hücumameyilli futbolçu 39 qol vurub, 37 məhsuldar ötürmə edib. Barkola PSJ ilə ümumilikdə 12 titul qazanıb ki, bunlardan ikisi UEFA Çempionlar Liqasının qalibiyyətidir.

Qeyd edək ki, "Liverpul" yay transfer dönəmində indiyədək yalnız Viktor Munyos və Jeremi Jakeni heyətinə qatıb. İngiltərə klubu may ayından etibarən Barkolanın transferi üzərində işləyir. Bu keçid baş tutacağı təqdirdə isə "qırmızılar"ın Kodi Qakpo ilə yollarını ayıracağı bildirilir.







Transfer