- Transfer
- 23:29 28.07.2026
"Real"ın yarımmüdafiəçisi Brahim Dias karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Goal.com" nəşrinə istinadən məlumatına görə, "Yuventus" 26 yaşlı futbolçunun durumunu yaxından izləyir və onu hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.
Mənbənin iddiasına görə, "Real Madrid"in transfer bazarındakı fəallığı Brahim Diasın gələcəyinə təsir göstərə bilər. Belə ki, "kral klubu" hazırda "RB Leypsiq"in vingeri Yan Diomandenin transferi üzrə danışıqlar aparır. Bu keçid reallaşacağı halda, madridlilərin hücum xəttində rəqabət daha da artacaq və bu, Brahim Diasın komandadakı mövqeyinə təsir edə bilər.
Bununla belə, futbolçu daha əvvəl verdiyi açıqlamalarda Madrid təmsilçisində qalmaq və Joze Mourinyonun rəhbərlik etdiyi layihənin bir hissəsi olmaq istədiyini dəfələrlə vurğulayıb.
Qeyd edək ki, Brahim Dias ötən mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 2 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.