- Transfer
- 00:07 29.07.2026
İtaliyalı vinger Federiko Kyeza gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu karyerasını "Liverpul"da davam etdirmək niyyətindədir.
Kyeza komandanın yeni baş məşqçisi Andoni İraolanın rəhbərliyi altında əsas heyətdə yer uğrunda mübarizə aparmağa hazırdır. Bundan əlavə, təcrübəli futbolçunun əsas hədəflərindən biri də yenidən İtaliya millisinin heyətinə qayıtmaqdır.
Federiko Kyeza 2024-cü ilin yayından etibarən "Liverpul"un formasını geyinir. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, italiyalı futbolçu 2025/26 mövsümündə "qırmızılar"ın heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.