29 iyul 2026. Çərşənbə

"Nyukasl" Nik Voltemadeni satmaq niyyətində deyil


  • Transfer
  • 23:18 28.07.2026
  • Oxunma sayı: 39
"Nyukasl" Nik Voltemadeni satmaq niyyətində deyil

"Nyukasl" rəhbərliyi almaniyalı hücumçu Nik Voltemadenin gələcəyi ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubu 24 yaşlı futbolçunu cari yay transfer pəncərəsində satmağı planlaşdırmır.

Bildirilib ki, "Nyukasl"ın idman direktoru Ross Uilson Voltemadenin transferinə qadağa qoyub. Klub rəsmisi alman hücumçunun yeni mövsümdə komandanın əsas fiqurlarından biri olacağına inanır.

Nik Voltemade ötən ilin yayında Almaniyanın "Ştutqart" klubundan "Nyukasl"a transfer olunub. İngiltərə təmsilçisi bu keçid üçün 85 milyon avro ödəyib.

Qeyd edək ki, Voltemade ötən mövsüm bütün turnirlərdə 51 oyunda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer