- Transfer
- 00:07 29.07.2026
İspaniyanın "Barselona" klubu "Bornmut"un hücumçusu Eli Junior Krupini transfer etmək istəyir.
90deqiqe.Az-ın "Sport.es" nəşrinə istinadən məlumatına görə, Kataloniya təmsilçilərinin nümayəndələri 20 yaşlı futbolçunun agentləri ilə əlaqə saxlayaraq mümkün transferin detallarını müzakirə ediblər.
Mənbənin iddiasına əsasən, "Barselona" fransalını Madrid "Atletiko"sunun argentinalı hücumçusu Xulian Alvaresə alternativ variant kimi nəzərdən keçirir.
Qeyd edək ki, Eli Junior Krupi ötən mövsüm İngiltərə Premyer Liqasında "Bornmut"un heyətində 33 oyunda meydana çıxıb. Gənc hücumçu bu görüşlərdə 13 qol vurub ki, onlardan ikisi penalti zərbəsindən qeydə alınıb.