- Transfer
- 00:46 29.07.2026
"Mançester Siti"nin vingeri Savinyo yay transfer pəncərəsində komandanı tərk etmək niyyətindədir.
90deqiqe.Az-ın "Yahoo Sports"a istinadən məlumatına görə, 22 yaşlı futbolçu kifayət qədər oyun praktikası əldə etmədiyi üçün klubdan ayrılmaq istəyir.
Bildirilib ki, ötən yaydan braziliyalı ilə maraqlanan "Tottenhem" transfer üzərində işini davam etdirir.
London təmsilçisi futbolçu üçün təxminən 69 milyon avro ödəməyə hazırdır. Bir həftə əvvəl yayılan digər xəbərlərdə isə təklifin 75 milyon avro olacağı iddia edilirdi.
Qeyd edək ki, Savinyo ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb. Braziliyalı futbolçu bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Lakin o, əsas heyətdə daimi yer qazana bilməyib.
Savinyo 2024-cü ilin yayında uğurlu mövsüm keçirdiyi "Jirona"dan "Mançester Siti"yə transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.