29 iyul 2026. Çərşənbə

"Beşiktaş" Salahdan sonra Vlahoviçə yönəldi


  • Transfer
  • 00:30 29.07.2026
  • Oxunma sayı: 42
"Beşiktaş" Salahdan sonra Vlahoviçə yönəldi

Misirli futbolçu Məhəmməd Salahı transfer etmək planını reallaşdıra bilməyən Türkiyənin "Beşiktaş" klubu diqqətini "Yuventus"un hücumçusu Duşan Vlahoviçə yönəldib.

90deqiqe.Az-ın məlumatına görə, Serbiya millisinin forvardı İstanbul təmsilçisinin yeni baş məşqçisi Vinçentso İtalianonun əsas transfer hədəflərindən biridir.

Bildirilir ki, italiyalı mütəxəssis Vlahoviçin oyununu son beş-altı il ərzində yaxından izləyib. Onlar daha əvvəl İtaliya "Fiorentina"sında birlikdə çalışıblar. Məhz həmin dövrdən sonra serbiyalı hücumçu 70 milyon avro qarşılığında Turin təmsilçisi "Yuventus"a transfer olunmuşdu.

Mənbənin iddiasına görə, tərəflərin uğurlu əməkdaşlığı yeni mövsümdən etibarən Türkiyə Super Liqasında yenidən davam edə bilər. Qeyd edək ki, çempionatda yeni mövsüm avqustun 16-da start götürəcək.







Transfer