- Transfer
- 00:46 29.07.2026
İngiltərənin "Çelsi" klubu hücum xəttini təcrübəli forvard Denni Uelbeklə gücləndirməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunub. Hazırda "Brayton"un formasını geyinən 35 yaşlı hücumçunun həftənin sonunadək London klubuna keçidi rəsmiləşə bilər.
Bildirilir ki, Uelbek artıq "Çelsi" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Tərəflər transferin qısa müddətdə baş tutacağını gözləyirlər.
Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl İngiltərə Premyer Liqasının iki nəhəng klubunda – "Mançester Yunayted" və "Arsenal"da çıxış edib.
Xatırladaq ki, "Çelsi" yeni Premyer Liqa mövsümünün ilk turunda avqustun 24-də səfərdə "Fulhem"lə London derbisində üz-üzə gələcək.