- Transfer
- 00:46 29.07.2026
İngiltərənin "Koventri Siti" klubu "Brayton"un qapıçısı Karl Raşvortun transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, transferin dəyəri təxminən 26 milyon avro təşkil edəcək. Bonus və əlavə ödənişlərlə birlikdə məbləğin 35 milyon avroya qədər yüksəlməsi mümkündür.
25 yaşlı qolkiper bununla da "Koventri" tarixinin ən bahalı transferi olacaq. Klubun əvvəlki transfer rekordu müdafiəçi Orel Amenda üçün ödənilən 20 milyon avro idi.
Qeyd edək ki, Raşvort ötən mövsüm icarə əsasında "Koventri"nin formasını geyinib və komandanın əsas oyunçularından birinə çevrilib. O, bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 17 matçda isə qapısını toxunulmaz saxlayıb. "Koventri" həmin mövsüm Çempionşipin qalibi olaraq İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Məlumata görə, qapıçı yaxın 48 saat ərzində tibbi müayinədən keçəcək. Bundan sonra transferin rəsmən elan olunacağı gözlənilir.
Bildirilib ki, "Brayton" müqaviləyə futbolçunun gələcək satışından faiz əldə etmək və onu geri almaq hüququnu nəzərdə tutan xüsusi bənd də əlavə edib.