30 iyul 2026. Cümə axşamı

"Qarabağ"ın sabiq qapıçısı Türkiyə Superliqasında


  • Transfer
  • 16:44 29.07.2026
  • Oxunma sayı: 33
"Qarabağ"ın sabiq qapıçısı Türkiyə Superliqasında

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvilinin yeni klubu müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı gürcüstanlı qolkiper karyerasını Türkiyə Superliqasında davam etdirəcək. "Göztəpə" klubunun rəsmi saytının yaydığı məlumata əsasən, İzmir təmsilçisi futbolçunu Yunanıstanın PAOK klubundan bir mövsümlük icarə əsasında heyətinə cəlb edib.

Beləliklə, Quqeşaşvili 2026/2027 mövsümündə Türkiyə Superliqasında "Göztəpə"nin uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, gürcüstanlı qapıçı 2022-2024-cü illərdə "Qarabağ"ın formasını geyinib. Ağdam təmsilçisinin heyətində ölkə çempionluğu yaşayan Quqeşaşvili uğurlu çıxışı ilə diqqət çəkdikdən sonra Yunanıstanın PAOK klubuna transfer olunmuşdu.







Transfer