30 iyul 2026. Cümə axşamı

Azərbaycan millisinin futbolçusu Macarıstana transfer olundu


  • Transfer
  • 17:35 29.07.2026
  • Oxunma sayı: 41
Azərbaycan millisinin futbolçusu Macarıstana transfer olundu

Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin yeni klubu müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək. O, bu ölkənin yüksək liqa təmsilçilərindən olan "Kişvarda" klubu ilə müqavilə imzalayıb.

Transfer barədə məlumat Macarıstan klubunun rəsmi saytında dərc olunub. Tərəflər arasında bağlanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Anatoli Nuriyev son olaraq "Zirə"nin formasını geyinib. O, karyerası ərzində Azərbaycan Premyer Liqasında "Sabah"ın da uğurları üçün çıxış edib və Azərbaycan millisinin heyətində də çıxışları ilə yadda qalıb.







Transfer