- Transfer
- 00:29 30.07.2026
"Bornmut"un yarımmüdafiəçisi Tayler Adams bu yay klubunu dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "talkSPORT" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ABŞ millisinin üzvünün xidmətində "Mançester Yunayted" maraqlıdır. Adams "qırmızı şeytanlar"ın yarımmüdafiə xəttini gücləndirmək üçün əsas transfer hədəfinə çevrilib.
Məlumata əsasən, Mançester təmsilçisi futbolçunun transferi üçün "Bornmut"a 35 milyon funt sterlinq təklif etməyə hazırdır. Lakin İngiltərə klubu yarımmüdafiəçisini bu məbləğə satmağa isti yanaşmır.
Qeyd edək ki, Tayler Adams 2023-cü ildə "Lids Yunayted"dən "Bornmut"a 26 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 26 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.