30 iyul 2026. Cümə axşamı

"Liverpul" "Milan"ın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 23:32 29.07.2026
  • Oxunma sayı: 49
"Liverpul" "Milan"ın müdafiəçisini transfer etmək istəyir

"Milan"ın müdafiəçisi Fikayo Tomori yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ceyms Uotland məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ingiltərəli futbolçunun xidmətində "Liverpul" maraqlıdır. Mersisayd təmsilçisi artıq Tomorinin transferi ilə bağlı danışıqlara başlayıb.

Qeyd olunur ki, 27 yaşlı müdafiəçinin heyətinə qatılması uğrunda mübarizəyə "Nyukasl" da qoşulub.

Xatırladaq ki, Fikayo Tomori 2021-ci ildə "Çelsi"dən "Milan"a 28 milyon avro qarşılığında transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Tomori ötən mövsüm "rossonerilər"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalı müdafiəçinin transfer dəyərini 17 milyon avro qiymətləndirir.







Transfer