30 iyul 2026. Cümə axşamı

"Kristal Pelas" müdafiəçi transferindən imtina etdi


  • Transfer
  • 23:37 29.07.2026
  • Oxunma sayı: 36
"Kristal Pelas" müdafiəçi transferindən imtina etdi

"Kristal Pelas" "Auqsburq"un mərkəz müdafiəçisi Krislen Matsimanın transferi ilə bağlı danışıqları dayandırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London klubu Almaniya təmsilçisinin irəli sürdüyü yüksək maliyyə tələblərinə görə sövdələşmədən geri çəkilib. Daha əvvəl də "Kristal Pelas"ın danışıqların ləng getməsi səbəbindən transferdən imtina edə biləcəyi barədə məlumat yayılmışdı.

 Matsima artıq "Kristal Pelas"ın qərarı barədə məlumatlandırılıb və "Auqsburq"un mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq.

 London klubunun bundan başqa müdafiə xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi namizədlər arasında "Tuluza"dan Çarli Kressuell, "Lion"dan Ruben Kluyvert və "Trabzonspor"dan Çibuke Nvayvu da yer alır.

Xatırladaq ki, "Kristal Pelas" bu ilin qış transfer pəncərəsində Mark Gehini "Mançester Siti"yə satdıqdan sonra mərkəz müdafiəçisi axtarışını davam etdirir.

 







Transfer