30 iyul 2026. Cümə axşamı

"Çelsi" gənc müdafiəçisini satmaq niyyətində deyil


  • Transfer
  • 23:46 29.07.2026
  • Oxunma sayı: 46
"Çelsi" gənc müdafiəçisini satmaq niyyətində deyil

"Çelsi"nin müdafiəçisi Coş Açimponq bu yay London klubunu tərk etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Saymon Conson məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Çelsi" rəhbərliyi Açimponqu klub akademiyasının ən uğurlu yetirmələrindən biri hesab edir və bu səbəbdən onun transferinə icazə vermək niyyətində deyil.

Qeyd olunur ki, komandanın məşqçilər korpusu qarşıdakı mövsümdə gənc futbolçuya daha çox oyun şansı verməyi planlaşdırır.

Xatırladaq ki, Coş Açimponq "Çelsi" akademiyasının yetirməsidir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.

Gənc müdafiəçi ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxaraq 2 qol vurub.

Transfermarkt portalı Açimponqun transfer dəyərini 25 milyon avro qiymətləndirir.







Transfer