- Transfer
- 00:29 30.07.2026
"Çelsi"nin vingeri Pedru Netu karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "TribalFootball" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "şəhərlilər" portuqaliyalı futbolçunu Savionun mümkün gedişinə əvəzləyici kimi nəzərdən keçirirlər. Braziliyalı vingerin "Tottenhem"ə transferi yekunlaşmaq üzrədir və bu keçidin təxminən 60 milyon funt sterlinqə başa gələcəyi gözlənilir.
Qeyd olunur ki, "Çelsi" də Pedru Netunun satışı ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır.
Xatırladaq ki, Pedru Netu 2024-cü ildə "Vulverhempton"dan "Çelsi"yə 60 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Portuqaliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyunda meydana çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı Pedru Netunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.