- Transfer
- 00:29 30.07.2026
"İnter" hücumçusu Françesko Pio Esposito ilə yeni müqavilə imzalamağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında aparılan danışıqlar yekun mərhələyə çatıb. Yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd olunur ki, 20 yaşlı hücumçu bütün diqqətini "İnter"in layihəsinə yönəldib və komandada qalmaq niyyətindədir.
Məlumata əsasən, Milan klubu müdafiəçi Yann Bissekin yeni müqaviləsi ilə bağlı rəsmiləşdirmə işlərini tamamladıqdan sonra yaxın həftələrdə Esposito ilə də yeni sözləşməni rəsmən açıqlayacaq.
Françesko Pio Esposito ötən mövsüm klub səviyyəsində keçirdiyi 48 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı gənc forvardın transfer dəyərini 45 milyon avro qiymətləndirir.