- Transfer
- 00:29 30.07.2026
"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçu nümayəndələrinə "Mançester Yunayted"ə keçmək istədiyini bildirib. Hazırda "qırmızı şeytanlar" yarımmüdafiə xəttini gücləndirmək üçün yeni oyunçu axtarışındadır.
Məlumata əsasən, tərəflər arasında Duqlas Luizin "Mançester Yunayted"in hücumçusu Coşua Zirkzee ilə dəyişdirilməsi variantı da müzakirə olunur. Turin təmsilçisi niderlandlı forvardın xidmətində maraqlıdır.
Qeyd edək ki, Duqlas Luiz 2024-cü ildə "Aston Villa"dan "Yuventus"a 51 milyon avro qarşılığında transfer olunub. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək qüvvədədir.
Braziliyalı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Nottingem Forest" və "Aston Villa"nın heyətində bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.