- Transfer
- 23:15 30.07.2026
İngiltərə Premyer Liqasının nəhənglərindən "Çelsi" növbəti transferini rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı heyətinə qatıb.
26 yaşlı fransalı futbolçu ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Lakrua 2024-cü ildən "Kristal Pelas"ın formasını geyinirdi. O, bu müddətdə bütün turnirlərdə 98 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi London klubunun heyətində İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.
Fransalı futbolçu karyerası ərzində ölkəsinin "Soşo" və Almaniyanın "Volfsburq" klublarında da çıxış edib.