- Transfer
- 23:45 30.07.2026
"Nyukasl Yunayted" rəhbərliyi baş məşqçi Eddi Haunun komandadan ayrılmaq qərarından sonra onun əvəzləyicisini müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubu hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasını çalışdıran almaniyalı mütəxəssis Matias Yayssle ilə razılıq əldə edib.
Bildirilir ki, 38 yaşlı baş məşqçi yaxın günlərdə "Nyukasl"la dörd illik müqaviləyə imza atacaq.
Matias Yayssle 2023-cü ildən "Əl-Əhli"ni çalışdırır. Onun rəhbərliyi altında Ciddə təmsilçisi ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatını üçüncü pillədə başa vurub.
Alman mütəxəssis daha əvvəl Avstriyanın "RB Zalsburq" və "Liferinq" klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.