30 iyul 2026. Cümə axşamı

"İnter" Con Stounsun transferini rəsmiləşdirdi


  • Transfer
  • 22:44 30.07.2026
  • Oxunma sayı: 34
"İnter" Con Stounsun transferini rəsmiləşdirdi

İtaliyanın "İnter" klubu İngiltərə millisinin müdafiəçisi Con Stounsun transferini rəsmən elan edib.

 90deqiqe.Az xəbər verir ki, 32 yaşlı futbolçu Milan təmsilçisi ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb. O, komandaya azad agent statusunda qoşulub.

Con Stouns futbol karyerasına "Barnsli" akademiyasında başlayıb. O, 2012-ci ildə klubun əsas komandasında Çempionşipdə debüt edib, bir il sonra isə "Everton"a transfer olunub. Müdafiəçi Liverpul təmsilçisinin heyətində uğurlu çıxışı sayəsində 2014-cü ildə ilk dəfə İngiltərə millisindən dəvət alıb.

2016-cı ildə "Mançester Siti"yə keçən Stouns baş məşqçi Xosep Qvardiolanın komandasının əsas simalarından birinə çevrilib. O, Mançester klubunun heyətində keçirdiyi doqquz mövsüm ərzində 295 oyunda meydana çıxıb və 19 qola imza atıb.

İngilis futbolçu "Mançester Siti" ilə birlikdə altı dəfə İngiltərə Premyer Liqasının, üç dəfə İngiltərə Kubokunun, beş dəfə Liqa Kubokunun, üç dəfə İngiltərə Superkubokunun qalibi olub. Bundan əlavə, o, UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını da qazanıb.

Con Stouns İngiltərə millisinin heyətində 94 oyun keçirib və üç qol vurub. O, iki dəfə Avropa çempionatının finalında çıxış edib, həmçinin 2018 və 2026-cı il dünya çempionatlarında yarımfinal mərhələsinə yüksələn komandanın üzvü olub.







Transfer