15 sentyabr 2026. Çərşənbə axşamı

Ter Ştegenin "Ayaks"a keçidi ilə bağlı maneə aradan qalxdı


  • Transfer
  • 22:48 30.07.2026
  • Oxunma sayı: 145
Ter Ştegenin "Ayaks"a keçidi ilə bağlı maneə aradan qalxdı

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin icarə əsasında Niderlandın "Ayaks" klubuna keçidi reallaşmağa yaxındır.

 90deqiqe.Az xəbər verir ki,  bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, transfer prosesini ləngidən vergi məsələləri artıq həll olunub və 34 yaşlı almaniyalı qolkiper yaxın vaxtlarda rəsmi olaraq "Ayaks"ın futbolçusu olacaq.

Xatırladaq ki, Mark-Andre ter Ştegenin "Barselona" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Kataloniya klubunun əsas qapıçısı isə hazırda Joan Qarsiyadır.







Transfer