31 iyul 2026. Cümə

"İnter" Kristian Romero üçün "Tottenhem"lə razılığa gəldi


  • Transfer
  • 22:51 30.07.2026
  • Oxunma sayı: 43
"İnter" Kristian Romero üçün "Tottenhem"lə razılığa gəldi

İtaliyanın "İnter" klubu "Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romeronun transferi ilə bağlı London təmsilçisi ilə prinsipial razılıq əldə edib.

90deqiqe.Az  xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bundan sonra Milan klubu argentinalı futbolçunun şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlara başlayacaq. Lakin tərəflər arasında əsas fikir ayrılığı maaş məsələsidir. Belə ki, 28 yaşlı müdafiəçi illik 8 milyon avro əməkhaqqı tələb edir.

Xəbərdə qeyd olunur ki, yaxın günlərdə "İnter"lə müqavilə imzalamaq üçün Milana gələn Con Stounsun transferi baş məşqçi Kristian Kivunun Romeronu heyətə qatmaq istəyinə təsir göstərməyəcək.

Transfermarkt portalı Kristian Romeronun transfer dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer