- Transfer
- 23:45 30.07.2026
"Monako"nun və Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını başqa klubda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "MYAÇ RU" teleqram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 30 yaşlı futbolçu Yunanıstan çempionatının aparıcı klublarının maraq dairəsinə düşüb.
Bundan əlavə, Qolovin Avropanın "Top-5" liqalarında çıxış edən komandalara da təklif olunur. Bildirilir ki, alman və ingilis klubları rusiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Lakin siyasi səbəblər üzündən futbolçunun nümayəndələri konkret danışıqlara başlaya bilmirlər.
Xatırladaq ki, Aleksandr Qolovin 2018-ci ildə Moskva ÇSKA-sından "Monako"ya transfer olunub. Onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.