30 iyul 2026. Cümə axşamı

Arne Slot Səudiyyə Ərəbistanı klubunun hədəfindədir


  • Transfer
  • 23:15 30.07.2026
  • Oxunma sayı: 40
Arne Slot Səudiyyə Ərəbistanı klubunun hədəfindədir

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu baş məşqçi postuna namizədlər siyahısına niderlandlı mütəxəssis Arne Slotu da daxil edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırkı baş məşqçi Matias Yaysslenin yaxın vaxtlarda "Nyukasl Yunayted"in sükanı arxasına keçəcəyi gözlənilir. Bu səbəbdən "Əl-Əhli" yeni çalışdırıcı axtarışına başlayıb.

Namizədlər arasında yer alan Arne Slot 2025/2026 mövsümünün sonunda "Liverpul"dan ayrılıb. Lakin xəbərdə qeyd olunur ki, niderlandlı mütəxəssis karyerasını Avropada davam etdirmək niyyətindədir və bu amil onun Səudiyyə Ərəbistanı klubuna keçidini çətinləşdirir.

Xatırladaq ki, iyulun əvvəlində Arne Slotun Niderland millisinin baş məşqçisi postuna namizədlərdən biri olduğu barədə də məlumat yayılmışdı.







Transfer