31 iyul 2026. Cümə

"Milan" "Arsenal"ın gənc ulduzunu transfer etmək istəyir


  • Transfer
  • 23:24 30.07.2026
  • Oxunma sayı: 36
"Milan" "Arsenal"ın gənc ulduzunu transfer etmək istəyir

İtaliyanın "Milan" klubu "Arsenal"ın hücumameyilli yarımmüdafiəçisi İtan Nvaneri ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "rossonerilər" 19 yaşlı futbolçunun transfer imkanlarını öyrənmək üçün artıq "Arsenal"a rəsmi sorğu göndəriblər.

Nvanerini heyətinə qatmaq istəyən yeganə klub "Milan" deyil. İngiltərənin "Everton" və "Fulhem", həmçinin Almaniyanın "Leyptsiq" klubları da gənc yarımmüdafiəçinin çıxışını yaxından izləyir.

"Arsenal" akademiyasının yetirməsi olan İtan Nvaneri əsas komandanın heyətində indiyədək 51 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 10 qola imza atıb və iki məhsuldar ötürmə verib.

Transfermarkt portalı ingiltərəli futbolçunun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.







Transfer