31 iyul 2026. Cümə

"Atletiko" Xulian Alvares məsələsinə görə "Barselona"nı məhkəməyə verdi


  • Transfer
  • 23:30 30.07.2026
  • Oxunma sayı: 42
"Atletiko" Xulian Alvares məsələsinə görə "Barselona"nı məhkəməyə verdi

"Atletiko" klubu hücumçu Xulian Alvareslə bağlı yaranmış vəziyyətə görə "Barselona"ya qarşı məhkəmə iddiası qaldırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə COPE radiosuna istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, iddia "Barselona"nın "Atletiko"nun icazəsi olmadan futbolçu ilə danışıqlar apardığına dair iddialara, eləcə də Alvaresin Klublararası Dünya Çempionatı zamanı səsləndirdiyi açıqlamalara əsaslanır. Argentinalı hücumçu həmin vaxt yay transfer pəncərəsində klubunu dəyişmək istədiyini açıq şəkildə bəyan etmişdi.

Qeyd olunur ki, FIFA və transfer qaydalarına əsasən, klubların futbolçunun hazırkı klubunun razılığı olmadan onunla danışıqlar aparmasına icazə verilmir. Yalnız müqaviləsinin başa çatmasına az müddət qalan oyunçular bu qaydadan istisna təşkil edir.

Transfermarkt portalı 26 yaşlı Xulian Alvaresin bazar dəyərini 120 milyon avro olaraq qiymətləndirir.







Transfer