31 iyul 2026. Cümə

"Real" 130 milyon avroluq transferi yaxın günlərdə rəsmiləşdirmək istəyir


  • Transfer
  • 23:37 30.07.2026
  • Oxunma sayı: 52
"Real" 130 milyon avroluq transferi yaxın günlərdə rəsmiləşdirmək istəyir

"Real" "Leyptsiq"in cinah oyunçusu Yan Diomandenin transferini yaxın günlərdə başa çatdırmağa çalışır.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın "Sky" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Kral klubu" transferi "Leyptsiq"in Avstriyadakı təlim-məşq toplanışına yollanmasından əvvəl, yəni şənbə gününədək rəsmiləşdirmək niyyətindədir. Tərəflər cümə axşamı danışıqların növbəti mərhələsini keçiriblər.

Xəbərdə qeyd olunur ki, 19 yaşlı Yan Diomande Almaniya klubunun düşərgəsində peşəkar davranışını qoruyur və klublar arasında yekun razılaşmanın əldə olunmasını səbirlə gözləyir.

Bundan əvvəl yayılan məlumatlarda Diomandenin transfer məbləğinin 130 milyon avrodan çox olacağı bildirilmişdi.







Transfer