31 iyul 2026. Cümə

DÇ-2026-nın ulduz qapıçısının transferi təhlükə altına düşdü


  • Transfer
  • 23:42 30.07.2026
  • Oxunma sayı: 39
DÇ-2026-nın ulduz qapıçısının transferi təhlükə altına düşdü

Kabo-Verde millisinin qapıçısı Vozinyanın Çilinin "Kolo-Kolo" klubuna transferi baş tutmaya bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "BioBioChile" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 40 yaşlı qolkiper iyulun 30-da Portuqaliyadan Çiliyə planlaşdırılan reysə minməyib. Halbuki, onun həmin gün axşam saatlarında Santyaqoya çatacağı gözlənilirdi.

Qeyd olunur ki, futbolçunun səfəri təxirə salmasının səbəbi şəxsi məsələlər deyil. Mərakeşin "Renessans Berkane" klubu təcrübəli qapıçıya rəsmi təklif göndərərək onu "Kolo-Kolo"nun əlindən almağa çalışır.

Hələlik nə Vozinya, nə də onun nümayəndələri yaranmış vəziyyətlə bağlı açıqlama veriblər. "Kolo-Kolo" klubu da məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkən qolkiperin Çili klubu ilə altı aylıq, müddətin uzadılması şərti nəzərdə tutulan müqavilə imzalayacağı gözlənilirdi.







Transfer