31 iyul 2026. Cümə

"Real" Qonsalo Qarsiyanın əvəzini İspaniyada tapdı


  • Transfer
  • 23:45 30.07.2026
  • Oxunma sayı: 39
"Real" Qonsalo Qarsiyanın əvəzini İspaniyada tapdı

"Real" "Levante"nin hücumçusu Karlos Espini heyətinə qatmaq üçün hərəkətə keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Kral klubu" 21 yaşlı ispaniyalı futbolçunun müqaviləsində yer alan 25 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirmək niyyətindədir. Madrid təmsilçisi transferi qısa müddətdə yekunlaşdıraraq İngiltərə Premyer Liqası klublarını qabaqlamağa çalışır.

Xəbərdə qeyd olunur ki, "Real" rəhbərliyi Karlos Espini "Fulhem"ə keçməyə yaxın olan Qonsalo Qarsiyanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Hazırda Madrid klubu futbolçunun meneceri ilə danışıqları davam etdirir.

Karlos Espi ötən mövsüm "Levante"nin heyətində İspaniya La Liqasında keçirdiyi 25 oyunda 11 qola imza atıb.







Transfer