- Transfer
- 00:50 31.07.2026
İtaliyanın "Roma" klubu ukraynalı hücumçu Artyom Dovbikin 2026/2027 mövsümünün sonunadək "Bolonya"ya icarəyə verilib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı forvard yeni komandasında mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Xatırladaq ki, Dovbik 2024-cü ilin yayında İspaniyanın "Jirona" klubundan 30,5 milyon avro qarşılığında "Roma"ya transfer olunmuşdu. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 30 iyun 2029-cu ilədək qüvvədədir.
Ukraynalı futbolçu ötən mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nüfuzlu Transfermarkt portalı hücumçunun transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Bolonya" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 24-də doğma meydanda "Latsio"ya qarşı keçirəcək.