- Transfer
- 00:50 31.07.2026
İngiltərənin "Bornmut" klubunun vingeri Ryanın cari yay transfer pəncərəsində PSJ-yə keçidi gözlənilmir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Benjamen Kuare məlumat yayıb.
Məlumata görə, Paris təmsilçisi 19 yaşlı braziliyalı futbolçunun transferində maraqlı klublardan biri hesab olunsa da, bu iddialar öz təsdiqini tapmayıb. Bildirilir ki, PSJ rəhbərliyi gənc istedadın transferi ilə bağlı hər hansı marağın olduğunu təkzib edib və futbolçunun heyətə cəlb edilməsinin gündəmdə olmadığını bildirib.
Ryan bu il keçirilən dünya çempionatında Braziliya millisinin heyətində dörd oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı "Bornmut"un gənc ulduzunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.