31 iyul 2026. Cümə

Santyaqo Kastro karyerasını "Roma"da davam etdirəcək


  • Transfer
  • 00:27 31.07.2026
  • Oxunma sayı: 38
Santyaqo Kastro karyerasını "Roma"da davam etdirəcək

İtaliyanın "Roma" klubu "Bolonya"nın hücumçusu Santyaqo Kastronu heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki,  21 yaşlı futbolçu ilə daimi əsasda müqavilə imzalanıb. Kastro yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Argentinalı hücumçu 2024-cü ilin yanvarında Argentinanın "Veles Sarsfild" klubundan "Bolonya"ya transfer olunmuşdu. O, A Seriyasında keçirdiyi 79 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.

Transferin dəyəri 35 milyon avro təşkil edib.

Bununla yanaşı, "Roma"nın hücumçusu Artem Dovbik əks istiqamətdə "Bolonya"ya yollanıb. Ukraynalı futbolçu satınalma hüququ ilə birlikdə icarə əsasında yeni klubuna keçib.







Transfer