- Transfer
- 00:50 31.07.2026
"Mançester Siti" və Madrid "Real"ı yarımmüdafiəçi Rodrinin transferi ilə bağlı birbaşa danışıqlar aparır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə klubu 30 yaşlı ispaniyalı futbolçu üçün 75 milyon avro tələb edir. Madrid təmsilçisi isə transferə 50 milyon avrodan artıq vəsait ayırmağa hazırdır.
Bildirilir ki, Rodri də karyerasını "Kral klubu"nda davam etdirməkdə maraqlıdır.
Xatırladaq ki, daha əvvəl mediada təcrübəli yarımmüdafiəçinin "Real"la şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı barədə xəbərlər yayılmışdı.
Rodri ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb və iki qola imza atıb. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.