31 iyul 2026. Cümə

"Arsenal" braziliyalı ulduz üçün rəsmi təklifə hazırlaşır


  • Transfer
  • 00:32 31.07.2026
  • Oxunma sayı: 31
"Arsenal" braziliyalı ulduz üçün rəsmi təklifə hazırlaşır

İngiltərənin "Arsenal" klubu "Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Quimareşin transferi ilə bağlı danışıqları davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin iddiasına görə, London təmsilçisi transferi uğurla yekunlaşdıracağına ümid edir və müqavilənin dəyəri 88 milyon avronu keçə bilər.

Bildirilir ki, "Nyukasl" rəsmi təklif aldığını qətiyyətlə təkzib etsə də, tərəflər arasında danışıqlar davam edir və yaxın vaxtlarda yekun razılıq əldə oluna bilər. "Arsenal"ın əvvəlcə şifahi təklif irəli sürəcəyi, daha sonra isə rəsmi təklif təqdim edəcəyi qeyd olunur.

Məlumata əsasən, "topçular" eyni strategiyadan daha əvvəl yunanıstanlı vinger Xristos Tsolisin transferi zamanı da istifadə etmişdi. Futbolçu Belçikanın "Brügge" klubundan London təmsilçisinə keçmişdi.







Transfer