31 iyul 2026. Cümə

"Fulhem" "Real"dan iki futbolçunun transferini yekunlaşdırır


  • Transfer
  • 00:39 31.07.2026
  • Oxunma sayı: 35
"Fulhem" "Real"dan iki futbolçunun transferini yekunlaşdırır

İngiltərənin "Fulhem" klubu Madrid "Real"ının hücumçusu Qonsalo Qarsiya və yarımmüdafiəçisi Sesar Palasiosun transferi ilə bağlı razılıq əldə edib.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, London təmsilçisi Qarsiyanın transfer hüquqlarının 70 faizi üçün 40 milyon avro ödəyəcək. Klub, həmçinin, 21 yaşlı Palasiosun transfer hüquqlarının 70 faizi qarşılığında 8-10 milyon avro arasında vəsait xərcləyəcək.

Beləliklə, hər iki transfer "Real"a ümumilikdə təxminən 50 milyon avro gəlir qazandıracaq.

Mənbənin bildirdiyinə görə, Qonsalo Qarsiyanın transferi ilə bağlı danışıqlar artıq yekunlaşıb. Sesar Palasiosun keçidi üzrə isə yalnız kiçik detalların razılaşdırılması qalıb və onların yaxın saatlarda həll ediləcəyi gözlənilir.

Qeyd olunur ki, Qonsalo Qarsiya "Fulhem"in yeni baş məşqçisi Alvaro Arbeloanın əsas transfer hədəflərindən biri olub. İspaniyalı mütəxəssis ötən mövsüm Xabi Alonsonu əvəzlədikdən sonra "Real"ın akademiya yetirməsinə etimad göstərmişdi.







Transfer