- Transfer
- 00:50 31.07.2026
İngiltərənin "Mançester Yunayted" klubu "Yuventus"un cinah hücumçusu Fransişku Konseysaunun transferində maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Sebastyan Vidal "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Turin təmsilçisi 23 yaşlı portuqaliyalı futbolçunu 50 milyon avroya qiymətləndirir.
Qeyd olunur ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik Konseysaunun komandasının oyun üslubuna ideal uyğun gəldiyini düşünür. Transferin reallaşması isə komandanın vingeri Markus Reşfordun gələcəyindən asılı ola bilər.
Fransişku Konseysau ötən mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun "Yuventus"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.